Hərbi xidmətə çağırış saylarının iki dəfə azaldılması təklif olunur | SON XƏBƏR | SON XƏBƏR

Hərbi xidmətə çağırış saylarının iki dəfə azaldılması təklif olunur

“Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdur. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir:

“Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edirlər. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>