İranda koronavirusdan ölənlərin sayı artdı | SON XƏBƏR | SON XƏBƏR

İranda koronavirusdan ölənlərin sayı artdı

"İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 124 nəfərə çatıb".

Sonxəbər.info  Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində bu virusdan 17 nəfər dünyasını dəyişib və 1 234 yeni yoluxma tәsdiqini tapıb.

Onun sözlərinə görə, İranda ümumilikdə 4 747 nəfər bu virusa yoluxub.

Nazirlik rәsmisi 913 nәfәrin sağaldığını deyib.

 İran xәstәxanalarında koronavirusa yoluxma şübhәlilәrinin sayı tәxminәn 16 min nәfәrdir.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 3513 nəfərin yeni koronavirusa yoluxduğunu, 107 nəfərin dünyasını dəyişdiyini, 739 nəfərin sağaldığını bildirmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>