Məşhur mahnının müəllifi koronavirusdan öldü | SON XƏBƏR | SON XƏBƏR

Məşhur mahnının müəllifi koronavirusdan öldü

Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının həmmüəllifi, müğənni Alan Merrill ötən gün koronavirusun qurbanı olub.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, bunu “Facebook”da onun qızı Laura Merrill açıqlayıb.

“Koronavirus atamı məndən aldı. Onunla vidalaşmaq üçün mənə sadəcə iki dəqiqə vaxt verdilər”, - bəstəkarın qızı bildirib.

L.Merrill açıqlamasında insanları evdə qalmağa da çağırıb: "Hər kəsi buna ciddi yanaşmağa çağırıram. Pulun önəmi yoxdur. İnsanlar ölür”.

Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>