Pandemiya zamanı dövlət rəhbərləri necə işləyir - İlham Əliyev və Putin öndə … | SON XƏBƏR | SON XƏBƏR

Pandemiya zamanı dövlət rəhbərləri necə işləyir – İlham Əliyev və Putin öndə …

56Dünya ölkələrinin koronavirusla mübarizəsi davam edir. Xəstəliyin qeydə alındığı ölkələrin ən əsas gündəmi həm virusla mübarizə yolları,həm də əhalinin motivasiyasının (maddi dəstək də daxil) saxlanılmasıdır. Koronavirus da “dinc durmur”. Məlum olduğu kimi, bir neçə ölkənin dövlət rəsmisi də bu virusla şəxsi mübarizədədirlər. Kanadanın və İngiltərənin baş naziri, eləcə də bir neçə nazir hazırda ya karantin altında, ya da müalicə şəraitindədirlər. Dövləti isə məsafədən-skayp, video-müşavirə vasitəsilə idarə edirlər. Koronavirusa qarşı önləmləri alan ilk ölkələrdən biri də Azərbaycandır. Ölkə prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, xəstəliklə mübarizə və onun təsirlərinin aradan qaldırılması üçün 1 milyard manat vəsait ayrılıb. Koronavirusla Mübarizə Fondu da yaradılıb ki, ən son məlumata görə, burada da 100 milyon manata yaxın vəsait toplanıb. Yəni Azərbaycan bu xəstəliklə mübarizədə “arxa cəbhə” hesab olunmur.

f99e8b06-0dcb-4b3b-b728-0249e9a9deb9_w948_r1.77_fpx30.96_fpy54.97_640x362

Təəssüf ki, görülən preventiv tədbirlərə baxmayaraq, ölkəmizdə virusa yoluxanların və ölənlərin sayında artım var. Xəstəliyin daha geniş arealda yayılmaması üçün iqtidar Ümumdünya Səhiyyə Təşkilatının məsləhətləri ilə ölkədə karantin rejimi tətbiq edib ki, bugündən artıq yeni qadağalar da qüvvəyə minib. Aydındır ki, xəstəliklə mübarizədə indi əsas silah “evdə qal”maqdır ki, indi təxmini hesablamalara görə, dünyada 1 milyarda çox insan özünütəcrid rejiminə keçib. Bu rejim isə təkcə vətəndaşları deyil, ölkə rəhbərlərini də əhatə edir. Bəzi dövlət başçıları ölkəni selektor müşavirələrlə idarə etmək məcburiyyətindədirlər. Bu sırada həm qonşularımız, həm MDB dövlət başçıları da var. Amma iki dövlət başçısı bu siyahıda istisna təşkil edir: Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyası prezidenti Vladimir Putin. Bunun sübutu kimin bəzi MDB dövlət başçılarının rəsmi saytlarına istinad edərək faktları diqqətinizə çatdıracağıq.

Niyə bu məsələyə diqqət etmək önəmlidir? Virusla mübarizə, artıq hamının etiraf etdiyi kimi, əslində bir müharibədir. Sirr deyil ki, bu cür fövqəladə vəziyyətlərdə vətəndaşı ən çox düşündürən çox sadə sual var: əcaba, dövlət rəhbərliyi haradadır ? Aydındır, hamı sərhəddini bağlayıb, prezidentlər iqamətgahında oturub, çünki onlar üçün də indi qonaq getmək, qonaq qəbul etmək zamanı deyil, üstəlik tutduğu mövqedən asılı olmayaraq biri-birindən sosial məsafə saxlarkən həm də…

419585396_640x346

Azərbaycan prezidenti İlham Əliyev də şübhəsiz, bu izolə vəziyyətinin əhalidə yaratdığı psixoloji gərginliyin fərqindədir. Xalq bu il Novruz bayramını el şənliyi kimi qeyd edə bilmədi, tonqallar əvvəlki həvəslə yanmadı. Prezident 2003-cü ildən bəri ilk dəfə Novruz bayramında xalqı televiziya ilə təbrik etdi. Amma bu xəstəliyin təhlükəli olduğunu hər dəfə qeyd etsə də, dövlət rəhbəri kimi “evdə qal”mır, əhaliyə indi daha çox xitab etmək, mesajlarını daha müntəzəm ötürmək üçün bütün fürsətlərdən yararlanır.

003_640x427

İndi diqqət edəcəyimiz faktlar Prezident Əliyevin hər addımını qaranlıq görən (və ya qaranlıqda görən) yarasa xislətli xəstə opponentləri üçün qəribə görünəcək. Xüsusilə Yeni Müsavat Media Qrupunda Prezidentin müsbət mənada adı keçən hər bir yazı bu düşərgənin bəzi təmsilçilərini qəzəbləndirir, özündən çıxarır, trolları sosial şəbəkədə başıpozuq “atlarını” sağa-sola “çapır”. Onu da qeyd etməliyəm ki, Tofiq Yaqublunun və ya digər adını bilmədiyim fəalların həbsi indiki kritik günlərdə əlavə gərginlik yaradır. Cəmiyyətin daha çox birliyə ehtiyacı olduğu zamanda bu kimi həbslər istər-istəməz diqqət çəkir. Amma maşın əzmək kimi məişət səviyyəsində baş vermiş hadisəni məgər ölkə daxilində həll etmək çətindirmi ki? Bunu sevincək iqtidara qarşı sosial şəbəkələrdə, həm xaricdəki fürsətçilərlə birləşib Azərbaycana qarşı hücuma çevirmək də çox yanlışdır. Bu kimi çox xırda problemlərin ölkə daxilində müzakirələrlə həlli su içmək kimi asandırsa…

Beləliklə, mövzuya qayıdaraq, yada salaq ki, ötən ilin dekabrında Çinin Uhan əyalətində başlayan epidemiya fevral ayında yavaş-yavaş digər ölkələrə çatdı. Fevralın ayının 28-də artıq Azərbaycanda ilk yoluxma halı qeydə alındı. Bundan cəmi bir neçə gün sonra Prezidentin ölkənin qərb rayonlarına səfəri başladı. Martın 3 və 4- də dövlət başçısı qərb bölgəsində (Goranboy, Şəmkir, Tovuz, Ağstafa) rayonlarında oldu, açılışlarda iştirak etd, əhaliyə görüşdü.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusunu qlobal pandemiya elan etd. Bundan bir neçə gün sonra – martın 18-də Prezident Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi.

Dövlət başçısı burda ilk dəfə koronavirus pandemiyası haqda danışdı. Həm dünyada, həm ölkəmizdə ciddi narahatlıq və həyəcanla izlənilən koronavirus bəlası yayılmaqda davam edərkən martın 24-də Prezident bu dəfə birinci xanım Mehriban Əliyeva ilə Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak etdi. Daha sonra dövlət televiziyasına müsahibə verdi, pandemiya, onunla mübarizə haqda geniş danışdı.

01_640x424

Nəhayət, martın 28-də Prezident və birinci xanım Mehriban Əliyeva Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdilər. Dövlət başçısı həkim kollektivi ilə görüşdü və yenə də koronavirusla mübarizədən danışdı. Koronavirus xəstələrinin ən yüksək səviyyədə təmin edilmiş 500 yerlik müəssisədə müalicə olunacaqlarını dedi, digər mühüm mesajlarını çatdırdı.

İndi isə bəzi MDB dövlət başçılarının koronavirusun pandemiya elan olunmasından sonrakı görüşlərinə diqqət edək.

Gürcüstan prezidenti xanım Solami Zurabişvili yola salmaqda olduğumuz mart ayında yalnız bir dəfə parlamentin iclasında çıxış edib. Bu, mart ayının 3-də olub. Bundan sonra xanım prezident iki dəfə televiziya ilə xalqa müraciət edib.

16 martdan 14 aprelədək fövqəladə rejim elan olunan Ermənistanın baş naziri Nikol Paşinyan isə Facebookdakı səhifəsindən “çıxmayıb”. Burada canlı yayımlar edib, hətta evdə qalan ermənilər üçün nəsə yemək də bişirib.

Xalqla ünsiyyətə gəlincə, konstutisiya dəyişikliyi ilə bağlı yalnız bir dəfə Cermuxda olub. Xalqla ünsiyyətdə isə telefonla əlaqələrə üstünlük verib. “Tanımadığı, təsadüfi” nömrələrə zəng edən baş nazir nədənsə, əhalinin yarısının minimal şərtlər daxilində yaşayan, koronavirusun sürətlə yayıldığı ermənilərdən xüsusi narazılıq eşitməyib.

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev isə 16 martdan ölkədə bütün kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyub, bunu televiziyadan elan edib. O da iqamətgahından çıxmamağa üstünlük verib. Məlumdur ki, martın 20-də onun hakimiyyətə gəlməsinin 1 ili tamam olub. Qazaxıstanın bəzi media orqanları onun istefa verəcəyini yazsalar da, prezidentin köməkçisi bu iddiaları yalanlayıb.

Özbəkistan prezidentini Şövkət Mirzoyayev də pandemiya dövründə xususi fəallığı ilə seçilməyib. Koronavirusla bağlı fövqəladə vəziyyət elan olunmazdan əvvəl- martın 12-də Xorəzm vilayətində səfərdə olub. Ölkədə martın 18-də fövqəladə vəziyyətin elan olunmasını isə Özbəkistan prezidenti martın 18-də televiziya ilə elan edib.

Ukrayna prezidenti Vladimir Zelenskiyə gəlincə, karantin elan olunmuş ölkədə hakimiyyətin əsas ünsiyyət vasitəsi internet üzərindən olub. Zelenski son olaraq region rəhbərləri ilə selektr müşavirə keçirib.

Rusiya prezidenti Vladimir Putinə gəlincə, pandemiya dövründə fəal olub. Hətta xüsusi geyimdə koronaviruslu xəstələrə baş çəkib.

Nazim Sabiroğlu,
Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>