Parkda qıza söz atan, yanındakı oğlanları bıçaqlayan 16 yaşlı gəncə şərti iş verildi | SON XƏBƏR | SON XƏBƏR

Parkda qıza söz atan, yanındakı oğlanları bıçaqlayan 16 yaşlı gəncə şərti iş verildi

16 yaşlı gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. O, iki nəfəri bıçaqlamaqda, ağır cinayət törətməkdə ittiham edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda ittiham edilən 2004-cü il təvəllüdlü Nurlan Abdullazadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Nurlan Abdullazadə barəsində şərti cəza təyin edilib.

Bildirək ki, natamam orta təhsilli Nurlan ilk dəfədir cinayət hadisəsi törədir. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi, ev dustaqlığında idi.

Hadisə 2019-cu ilin martın 6-da "Qış Parkı"nda baş verib.

Məlumata görə, Nurlan dostları ilə birlikdə parkda gəzərkən 19 yaşlı Muradəli Eyvazov da orada qızla söhbət edirmiş.

Nurlan və dostları Muradəlinin yanında olan qıza söz atıblar və mübahisə də buna görə başlayıb. Muradəlinin yanında qohumu Sübhan da olub.

3 nəfər dostu ilə birlikdə Muradəli və Sübhanla dalaşan Nurlan cibindən bıçaq çıxarıb. O, bıçaqla hər iki şəxsə xəsarət yetirib.

Nurlan Abdullazadə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) və xuliqanlıq maddələri ilə ittiham edilir.

İlkin Muradov
Musavat.com

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>