Qənirə Paşayeva 200-dən çox ailəyə koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndərəcək | SON XƏBƏR | SON XƏBƏR

Qənirə Paşayeva 200-dən çox ailəyə koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndərəcək

Gələn həftə Tovuzda 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara millət vəkili Q.Paşayeva və bir sıra dostları tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, imkanı çatan insanları bu məsələdə imkanları çox zəif olan ailələrə də dəstək olmağa çağırırıq: "Hər bir imkanı olan şəxs 5-10 belə materialları almağa çətinlik çəkən ailələrə dəstək olsa, heç bir şey itirməz. Amma insanlıq adına çox şey qazanar. Cənab Prezidentimizin də vurğuladığı kimi biz birlikdə güclüyük!"

 

Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>