Quba Soyqırımı Memorialını onlayn ziyarət mümkün olacaq | SON XƏBƏR | SON XƏBƏR

Quba Soyqırımı Memorialını onlayn ziyarət mümkün olacaq

Quba Soyqırımı Memorial Kompleksinə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  onlayn ziyarət təşkil ediləcək.

Bu barədə "Report"un Şimal bürosuna Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Abutalıb Turabov məlumat verib.

Onun sözlərinə görə, bu addım dünyada koronavirusun yayılması və ölkədə bu infeksiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb: "İnsanların sıx toplaşması qadağan edildiyindən abidəyə "Facebook" səhifəsindən (https://www.facebook.com/quba.kompleks) səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar var”.

Qeyd edək ki, Quba məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>