Türkiyə, Malaziya, BƏƏ-yə qədər uzanan cinayətkar dəstənin rəhbəri Elnurun işi - 7 il necə gizlənib? | SON XƏBƏR | SON XƏBƏR

Türkiyə, Malaziya, BƏƏ-yə qədər uzanan cinayətkar dəstənin rəhbəri Elnurun işi – 7 il necə gizlənib?

Yeddi ildir axtarışda olan dəstə rəhbəri həbs edilib. Onun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirməkdə ittiham edilən Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Elnur Hüseynov cinayətkar qrupun üzvü olub. Dəstənin digər üzvləri həbs edilən zaman Elnur istintaqdan qaçaraq gizlənməyi bacarıb.

Məlumata görə, Elnur Hüseynov Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Türkiyədə saxlanılaraq Bakıya gətirilib.

7 il axtarışda olan narkotik qaçaqmalçılığında günahladırılan şəxs İstanbulda tutulub

Elnur Hüseynov mütəşəkkil dəstənin rəhbəri olub. Həmin dəstə 2011-ci ildə aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun rəhbəri Elnur Hüseynov İrandan külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb.

Həmin vaxt müəyyən edilib ki, dəstənin digər üzvləri olan Azərbaycan vətəndaşları - Yeganə Cabbarzadə, Bayram Rzayev və Əfqan Bağırovadır.

Həbs edilən dəstə üzvlərinin hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstənin cinayət işi üzrə araşdırmaların davamında qrupun üzvü olan daha 4 nəfər Azərbaycan vətəndaşı - Ruslan Quliyev, Nəbi Abdullayev, Niyamərrin Ələkbərov və İradə İsmayılova psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşı - Rəşad Məmmədov Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.

Nəhayət, 7 il sonra - bu ilin avqustunda Elnur Hüseynov Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyənin İstanbul şəhərində saxlanılıb və Azərbaycana gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

İ.Muradov
Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>