Uzunömürlü olmağın İNANILMAZ SİRRİ | SON XƏBƏR | SON XƏBƏR

Uzunömürlü olmağın İNANILMAZ SİRRİ

Acı yeməyi kənara qoymağa tələsməyin. Alimlər acı yeməklərin sağlamlıq üçün faydalı olduğuna əmindir.

Elmi araşdırmalar ədviyyatlı yeməkləri sevən insanların daha uzun yaşadığını təsdiqləyib. Alimlər 23 il ərzində 16 mindən çox amerikalının qidalanma vərdişlərini öyrənib.

Məlum olub ki, çox vaxt ədviyyatlı yemək yeyən insanların ölüm riski digərlərindən daha az olur. Acı qidalar beynin xoşbəxtlik hormonu olan serotonin istehsalına səbəb olur. Bu hormon stress, depressiya və pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edir. Acı ədviyyatın əsas komponenti bir sıra faydalı keyfiyyətlərə malik olan kapsaisindir.

Kapsaisin ürək xəstəliyi riskini azaldır və həzmi yaxşılaşdırır, müəyyən mənada piylənmə ilə mübarizə aparır. Kapsaisin eyni zamanda analjezik xüsusiyyətləri ilə də tanınır: sinir impulslarını basdırmağa qadirdir. Odur ki, bu maddə ağrıkəsici kremlərin ən vacib komponentlərindən biridir.

Bir çox həkim kapsaisini prostat xərçəngi ilə mübarizədə təsirli silah hesab edir. Ancaq həzm probleminiz varsa, ədviyyatlı qidaları xüsusən də acqarına yemək zərərlidir. (publika.az)

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>