Ziyafət Əsgərov: "Biz bu virusu hərbi hissələrə daşıya bilmərik" | SON XƏBƏR | SON XƏBƏR

Ziyafət Əsgərov: “Biz bu virusu hərbi hissələrə daşıya bilmərik”

“Milli təhlükəsizlik millətin genefondu məsələsidir. Mən bu virusu bəşəriyyətə qarşı müharibə elan edirəm. Artıq BMT-nin üzvü olan dövlətlərdə bu virus var. Bu virusu pronozlaşdırmaq mümkün deyil. Artıq bir çox dövlətlər bu viruda qarşı mübarizəyə başlayıblar”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O xatırladıb ki, Azərbaycanda ildə 4 dəfə həqiqi hərbi xidmətə çağırış olur:

"Hazırdakı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 31-nə qədər uzadılır. Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə bunun qarşının ala bilmərik. Biz iki virusa qarşı mübarizə aparırıq. Həm ermənilərə, həm də COVİD-19-a qarşı. Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər. Dəmir nizam-intizam olmasa pis olacaq”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>