Həbsdən azadlığa buraxılan generallar indi də karantində... | SON XƏBƏR | SON XƏBƏR

Həbsdən azadlığa buraxılan generallar indi də karantində…

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

APA-nın məlumatına görə, sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.

ATV-nin xəbərinin görə, əfv olunan məhkumlar bundan sonra xüsusi karantin rejimində saxlanılacaq.  Bu səbəbdən əfv olunan MTN generallarıda koronavirus riskinə görə karantinə alınıb. Yada salaq ki, hər  iki general hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının saxlanıldığı 9 saylı həbsxanada cəza çəkirdilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>