Xankəndi və İrəvana gözəl fürsət: Azərbaycanın tərkibinə qayıtmaq zamanı gəldi | SON XƏBƏR | SON XƏBƏR

Xankəndi və İrəvana gözəl fürsət: Azərbaycanın tərkibinə qayıtmaq zamanı gəldi

Vaxtaşırı işlədilən belə bir ifadə var: qadın heç nədən şlyapa, salat və qalmaqal düzəldə bilər. İndi erməni təcavüzkarları da özlərinin Moskvadakı lobbistləri ilə ittifaqda “heç nə”dən növbəti təxribat yaratmaq və bu zaman həm də əməlli-başlı rüsvay ola bilərlər. Özünüz mühakimə edin.

Aprelin 7-də axşam Rusiyanın və Ermənistanın müdafiə nazirləri – Sergey Şoyqu və David Tonoyan arasında anlaşma əsasında Rusiyanın “forpostu” olan ölkəyə “hərbi-tibbi desant” – Rusiya Hərbi Kosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarəsi enib. Təyyarə ilə erməni ordusunda COVİD-19-la mübarizə üçün tibbi avadanlıqlar və mütəxəssislər gətirilib. Məlumdur ki, artıq erməni ordusunda koronavirusa yoluxmalar var.

Di gəl, bəzi siyasi dairələr bu xəbərə olduqca özünəməxsus reaksiya verib. Öncə erməni lobbistlərinin Moskvadakı tanınmış ruporu olan “Regnum” özünün ştatlı təxribatçı-“analitiki” Syanislav Tarasovun dili ilə qeyd edib: guya “belə bir anlaşılmazlıq var ki, rusiyalı hərbçilər Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə antivirus tədbirləri həyata keçirəcəklərmi?”

Ümumən, koronaviris “qarşı duran tərəflərin səngərləri arasında sərbəst hərəkət eləmək qabiliyyətindədir”, deməli, vəziyyətdən ən yaxşı çıxış yolu – “Bakı və İrəvanı heç olmasa, Dağlıq Qarabağ zonasında müvəqqəti sülh anlaşmasına sövq eləmək lazımdır ki, münaqişə tərəfləri əsas güclərini pandemiya ilə mübarizənin təşkilinə yönəltsinlər”.

Bunun tərcüməsi isə belədir: koronovirus-səngər ritorikasından istifadə eləməklə Ermənistanın Xankəndində yaratdığı işğalçı rejimin beynəlxalq izolyasiyasını “yarmağa” cəhd eləmək.

Cənab Tarasov başqa bir ideya da ifraz edib. “Elə ola bilər ki, İranla sərhədi Rusiyanın iştirakı ilə daha ciddi şəkildə bağlamaq haqda düşünmək lazım gələr”. Daha sadə dildə desək, Azərbaycanın İranla sərhəd ərazisinin işğal altındakı hissəsində cənab Tarasovun planlaşdırdığı kimi, rusiyalı “yaşıl furajkalılar” dayanacaqlar – Ermənistan-İran sərhədində olduğu kimi.

Bu nədir – Tarasovun şəxsi fikri, yoxsa dünyanın köhnə olması qədər köhnə olan ictimai rəyi “zondaj” cəhdi? Yoxsa erməni aqressiv “başbilənlərinin” Rusiyaya belə “qeyri-rəsmi” kanallarla müraciətidir bu?

Üstəlik, həmin məqalə əlamətdar fonda – Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Rusiya XİN başçısı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə praktik olaraq, eyni vaxtda ortaya çıxıb. Bəzi məlumatlara görə, həmin telefon danışığı zamanı Qarabağ məsələsi müzakirə olunub.

Başqa iddialara görə isə koronovirusla mübarizə diqqət mərkəzində saxlanılıb. Bəs “rusiyalı hərbi həkimlərin Qarabağa gəlişi” müzakirə olunubmu? Burası dəqiq bilinmir.

Bəlli səbəblərdən belə bir suala cavabı press-relizlərdə axtarmağa dəymir. Ancaq Rusiya “puporu”ndakı məqaləyə İrəvandakı Paşinyanyönlü KİV-lər görünməmiş operativliklə reaksiya verib və suallar sıralayıb: bu məsələ hərbi-siyasi rəhbərlikdə müzakirə edilirmi? Tehran buna necə münasibət bildirəcək?

Burada əlbəttə ki, maraqlanmaq olar: ümumiyyətlə, Tehranın məsələyə nə dəxli, əgər hər şey onun sərhədlərindən kənarda baş verəcəksə? Və bu işarələri belə başa düşmək olarmı ki, Mehridə Rusiya sərhədçilərinin dayanması da İranla ciddi cəhdlə razılaşdırılıb?

Gümanlar çoxdur. Ancaq daha önəmlisi başqa sualdır: bu “işarələr”ə Moskva necə reaksiya verəcək? Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində hətta “virusoloq”, “sanitar” və s. statuslu rusiyalı hərbçilərin peyda olmasına rəsmi Bakının (təkcə rəsmi Bakının da yox) hansı reaksiya verəcəyini Moskvada çətin ki, təsəvvür edə bilməsinlər. Üstəlik, Azərbaycan - müstəqil xarici siyasət yürüdən dövlətdir və Bakının buna susqun dözümlülük göstərəcəyi istisnadır. Bu xüsusda Moskvada yarım-rəsmi tədbirdə separatçı rejimin təmsilçilərinin görünməsi ilə bağlı Rusiyanın ölkəmizdəki səfirinin Azərbaycan XİN-ə çağırılması öz-özlüyündə düşünmək üçün yaxşı əsas verir. İndi nə olur – Moskva erməni “yemi”nin olduğu siyasi tələyə doğru itaətkarcasına addımlayacaq? Ən əsası, bu nə “yem”dir görəsən? O halda Rusiya qalmaqal və xoşagəlməzliklərdən savayı nə əldə edəcək? Xüsusən də “Krımnaş”ın (Krımın ilhaqının – red.) nəticələri ortada ola-ola.

Amma bu zaman “kadr arxasında” “koronavirus reallıqları”nın özü qalacaq. Burada, əlbəttə ki, beynəlxalq kömək olub və var. Bununla belə, bəs Rusiya və Ermənistan arasında nə baş verir? Axı, bu, kömək deyil, “yoxsul forpost”un statusunun nümayişkaranə şəkildə təsdiqlənməsidir – hansı “forpost”da ki, orada nəinki kəskin şəkildə test qıtlığı var, həm də biolaboratoriya çatışmazlığı yaşanır və hətta öz ordusunda koronovirusla mübarizəni autsorsinqə və Moskvaya həvalə etmək lazım gəlir.

Azərbaycan isə koronavirusla öz mübarizə proqramını həyata keçirir. Artıq COVİD-19-la bağlı 50 mindən artıq test edilib. Hələ martın sonunda prezident İlham Əliyev bildirmişdi ki, bizim ölkəmiz bir neçə müasir tibbi laboratoriya alıb. İndi bu laboratoriyalar həm Bakıda, həm də bölgələrdə fəaliyyət göstərir.

TƏBİB-in İdarə Heyətinin sədri Ramil Bayramlının dediyi kimi, “bu günlərdə Gəncədə laboratoriya fəaliyyətə başlayıb. Belə laboratoriyalar Şəkidə və Sumqayıtda da açılacaq. Biz bu laboratoriyadan Naxçıvanda da yaratmışıq”.

Bütün bunlar daha çox yoluxma halını aşkarlamağa, epidemioloji “zənciri” qırmağa və situasiyanı nəzarətdə saxlamağa imkan verir. Az sonra ölkədə modul tipli hospitalların qurulması proqramına başlanacaq. Qeyd edilənlərin fonunda Xankəndi sakinləri üçün Azərbaycan tərkibinə qayıtmaq barədə düşünməyin əsl zamanıdır. Əmin olun, bunun ardınca işğal altındakı torpaqlarda koronavurisıa əsl mübarizə başlayacaq.

Hə, elə İrəvan sakinləri də Azərbaycan tərkibinə qatılmaq barədə düşünsəydilər, pis olmazdı. Azərbaycanın laboratoriyaları, testləri, mobil hospitalları onlara da bəs edər. Sadəcə bir sual var ki, erməni tərəfinin bundan ötrü sağlam məntiqi yetərlidirmi?

P.S. Yazının rusca orijinalı ilə bu linkdə tanış ola bilərsiniz.

https://m.minval.az/news/123978198

NURANİ, siyasi şərhçi,
Minval.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>