ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı? | SON XƏBƏR | SON XƏBƏR

ADAU rektorunun daha bir villası tapıldı – Pullar hardandı?

ADAU rektorunun daha bir villası tapıldı
ADAU-nun plagiat və qalmaqallı rektoru İbrahim Cəfərovun daha bir villası üzə çıxıb. Rektor Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində dəyəri 100 minlərlə ölçülən əmlaka da sahibdir.
Bu barədə " Demokratik.Az"-ı bilgiləndirən mənbənin sözlərinə görə, rektora tikilən evin təkcə torpaq sahəsinin qiyməti 40-50 min manatdır. Ev zirzəmi daxil olmaqla, 3 mərtəbədən ibarətdir və yaxın aylarda hazır olacağı gözlənilir.
Mənbənin sözlərinə görə, evin qarşısında satışa çıxarılan, sotu 4 min manatdan təklif olunan 45 sot torpaq sahəsi də dolayısıyla rektor İbrahim Cəfərova məxsusdur.
Maraqlıdır, təyinatından bu yana rüşvəti "pisləyən" və ayda 2 min manat maaş alan rektor bu qədər pul vəsaitini hansı halal yolla əldə edir?
Xatırladaq ki, bir müddət əvvəl də rektora məxsus əmlakların siyahısını yaymışdıq. Rektorun Bakıda və Gəncədə çoxsaylı evlərinin olduğunu, villalar tikdirdiyini qeyd etmişdik.
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Aldığımız və dəqiqləşdirməyə çalışdığımız digər məlumatda isə bildirilir ki, İbrahim Cəfərov Bakıda milyonçular məhəlləsi sayılan Vorovskidə daha əzəmətli, dəyərli milyonlarla ölçülən villaya sahibdir. Rektorun paytaxtda baş meliorator Əhməd Əhmədzadə ilə qonşu olduğu iddia edilir.
Həmin evi də dəqiqləşdirib şəklini yayımlamağa çalışacağıq.
(mövzu diqqətimizdədir)
Demokratik.Az

ADAU rektorunun daha bir villası tapıldı
ADAU rektorunun daha bir villası tapıldı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>