Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb | SON XƏBƏR | SON XƏBƏR

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb

coronavirus_040420

 

Dünyada yeni növ koronavirusa yoluxanların sayı sutkada 107 mindən çox artaraq 5,7 milyonu keçib. Koronavirusa ilə bağlı ölənlərin sayı 4,3 mindən çox artaraq 357 mini keçdi.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Məluamta əsasən, dünyada 5 701 337 yoluxma və 357 688 ölüm halı qeydə alınıb. Sutka ərzində 107 740 daha çox yoluxub, daha 4 354 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 613 092 nəfər. Sutkada onların sayı 56 647 nəfər artıb. Orada ölənlərin sayı 2 800 nəfər artaraq 151 212 nəfərə çatdı. Avropada 2 102 574 yoluxma və 178 378 ölüm halı qeydə alınıb. 24 saat ərzində infeksiyaya yoluxanların sayı 22650 nəfər, ölənlərin sayı isə 1047 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada 475 419 yoluxma faktı aşkarlanıb, 11 833 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 13 595 nəfər artdı, 212 nəfər öldü.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>