“Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazısı vəfat etdi - FOTO | SON XƏBƏR | SON XƏBƏR

“Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazısı vəfat etdi – FOTO

2020-05-27-11-32-57SGSSLZkGiDsCnomtVfmH_file
Bir müddət əvvəl “Ege Hospital”da həkimlər tərəfindən incidilən 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu vəfat edib.
 
Medicina.az xəbər verir ki, qazimiz Bərdə rayonunun Küsərli kənd qəbiristanlığında dəfn edilib. Dəfndə R.Abbasovun yaxınları, Qarabağ döyüşçüləri iştirak edib.
R.Həsənov 1968-ci ildə Ağdam rayonu Kosalı kəndində anadan olub. 708 saylı hərbi hissənin tərkibində Ağdam-Ağdərə istiqamətlərində döyüşən qazi bir ayağını cəbhədə itirib. Son zamanlar ağır ürək əməliyyatı keçirib. Hər iki böyrəyi fəaliyyətini itirmişdi. Sağ qalan ayağında isə çürümə gedirdi. Bir müddət əvvəl ““Ege Hospital” da həkim tərəfindən aldadılaraq ayağında uğursuz əməliyyat aparılmışdı və bunun müqabilində ondan 3212 manat alınmışdı. “Qarabağ qaziləri” birliyi müdaxilə edəndən sonra Qazinin pulu tam şəkildə özünə geri qaytarılıb.
Köçkün kimi Bərdə rayonunun Qarayusifli kəndində məskunlaşan qazımızın iki övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
 
Qazilər “Ege Hospital”ın qarşısında aksiya keçirəcəklər  - Döyüşçünün başına gətirilən dəhşətə görə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>