Kəndimizin son günü: 154-ci fəsil – Teylor Fətişoğlu yazır: | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü: 154-ci fəsil – Teylor Fətişoğlu yazır:

baş-redaktor (1)

 

Gözlərimizin didəsində,qəlbimizin yaddaşında dəfn edilmiş doğma yurdum Novruzlunun əziz xatirəsinə.

Eyni adlı, gələcək kitabımızdan fəsillər.(Diqqətli oxucularımızı tezliklə çap ediləcək kitabımızdan dərcinə başladığımız fəsilləri oxumağa dəvət edirik)

Ağdamın dünya əzəmmətinin kölgəsinə sığınmış Quzanlıda keçmişin ab-havasına yeni ilmələr vurulmaqla həyat davam edir.Son onilliklərdə sərhədləri,Əsgəranı,döyüb Ağdərəyə boy verən,keçmiş Martuniyə, (Xocavənd rayonu) ağdamları göylərə baş çəkən şöhrəti dünya ilə bir olan,zorla Quzanlıya pərçimlənmiş Ağdama rəhbərlik edənlər,bir sözlə çapıb talayanlar,Həsən Sarıyev,Nizami Sadıqov,onlardan qorxulu,məkrli,ambisioz,eyni anda bir neçə ələ oynamaq ustası,aqronom polkovnik,Tərtərdə ifşa olunmuş,uzun illər ermənilərə xidmət etmiş cəsus,xəyanətkar şəbəkənin burnunun ucundakı fəaliyyətindən,xəbərsiz,yada bilarəkdən göz yummuş Raqub Məmmədov 2014-cü ilin aprelinə qədər keçmiş MTH-nin Tərtər şöbəsinin rəisi olaraq hansısa medallada təltif edilib.Tərtərdə Raqub Məmmədov elə oyunlardan çıxıb ki, yazmzqla qurtaran deyil.Bir cümlə ilə hələlik bu ağrılı mövxuya nöqtə qoyuram:Quzanlıda oturub erməni caynağın akeçməmiş bir para kəndlərimizi,keçmiş patronu,kumiri Sadıq Murtuzayevsayağı sovet metodları ilə idarə etdiyi dönəmdə Raqub Məmmədov dərələrin xəlvət olduğunu zənn edib atını dörd nala çapmaqla bir ovuca sığan ərazidə total demaqoqiyaya,ələbaxımlığa,üzədüranlığa,işverənliyə elə boy verib ki,yola saldıqlarının atalarına rəhmətlər oxutdurur.Adama unutduğu bir məqamıda xatırlatmaq istəyirik,yola saldıqlarının ünvanlarına çayxanalarda deyilənləri qulaqlarının ona əlüstü çatdırdıqlarındanda xəbərdarıq.Gözümüzü açandan küllü Qarabağın,Ağdamın qədim-qayım ellərindən olan Yusifcanlı kəndi ilə bir sovetlikdə birləşmişik,yəni,idarə etmə strukturlarımızda eyni olub,rəhbərlərdə növbəli şəkildə hər iki kənddən seçiliblər,qohum olub,qaynayıb qarışmışıq,xeyrimizi,şərimizidə çiyin-çiyinə yola vermişik.Dərin ixtilaflarımız,ziddiyyətlərimiz,qeylü-qallarımızda olmayıb,bir-birimizədə arxa dayaq olmuşuq.Ümidi seyid ocaqlarımıza,möcüzə nəfəsli din xadimlərimizədə bir tapınmışıq,qara ölümlü aclıq illərindədə təknələrimizin bərəkətləri ilə çığırışan körpələrimizidə birlikdə ovutmuşuq,belə xeyixah əməllərimizdə ətraf mahallarada yayılıb.Yusifcanlı camaatı məğrur,söz götürməyib,əyilməyən,haqsızlıqlarla barışmayan özəl bir toplum kimidə məşhurlaşıb.Yusifcanlıdakı,inanclı,ləyaqətli din xadimlərimiz,cənnətməkanlar,Əşrəf,Məmmədbağır,Bulud və digərləri  dini mərasimlərimizinz başında olub, camaatımızada  əllərindən gələn yaxşılıqlarıda əsirgəmiyiblər.Bu kənddə böyük ziyalı mühiti,dəyərli korifey pedaqoqlar,bir zamanlar eyni kollektivdə işlədiyim İldırım müəllim,dövrünün ən ünlü,sayılıb,seçilən riyaziyyatçılarından olub,zahirəndə Allahın ondan əsirgəmədiyi əsl kişi görkəminə malik idi.İldırım müəllim Azərbaycan pedaqoqikasında öz yolu,dəsti-xətti olan böyük ziyalılardan, aydınlardan idi,desək,yanılmarıq.Onun əllərindən su içmiş,geniş dərkini paylaşdığı,pay verdiyi,keçmiş şagirdlərinin böyük əksəriyyətidə hazırda sayılıb-seçilən alimlərdəndirlər.Məkanı cənnət,torpağı yumşaq olsun,eldən gedən kişinin,İldırım müəllimin! Bu sözlərlə ləyaqətli ziyalımızın şərəfli həyat hekayətindən bəhsə hələlik nöqtə qoyuruq.İldırım müəllimin bacısı Salya müəllimədə dövrünün savadlı,ziyalı qadınlarının önündə gedərək eldə-obada sayılıb,seçilərdi.Mənə xöşbəxtlikdən belə ziyalılarla,elmi fədailəri eyni kollektivdə işləmək nəsib olduğundan bu qürur verici anlarıda həmişə xatırlayıram.Salya müəllimənin gözünün nurunu verdiyi şagirdləri ali məktəblərə müsabiqəsiz qəbul olub,tələbə adlarını qazananda o sevincindən özünə yer tapmaz,gözləridə gülərdi.İldırım,Salya bacı qardaşları,Zərziba müəllimə,səliqə-sahmanı göz oxşayan Allahverən,Yusif müəllimləri,digərlərini,yaddaşımın əziz insanlarını daim xoş duyğularla xatırlayıram.Balaca bir məktəb binasına az qala dünyaları sığışdıraraq,Nyutonun,Arximedin,Xristofor Kolumbun,Mendeleyevin,digərlərinin beyin məhsullarını körpə fidanlara,şagirdlərə ürəklərinin qanı, gözlərinin nuru ilə öyrədən bu elm fədailəri dünyanın ən yüksək ödüllərinə,təltiflərinə layiqdirlər.Yenidən o günlərə qayıdıb,cığırlarında ilk gəncliyimin ayaq izlərinin naxışları,əllərimin istisi,gözlərimin nuru qalmış Yusifcanlı kənd orta məktəbinin birmərtəbəli binasında yenidən gəzib dolanmaq xöşbəxtliyi qismətim olsaydı,inanın ki,...Gələcək kitabımızın növbəti fəslindədə isti-ilıq xatirələrdən danışacağıq,nələr,nələr...

Teylor Fətişoğlu

Ardı var

Sonxəbər.info


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>