Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib | SON XƏBƏR | SON XƏBƏR

Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

arif_alvi_220319

 

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Pakistan və Azərbaycan arasında ortaq inanc, irs və mədəni yaxınlıq kimi möhkəm təməllərə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Cəmmu və Kəşmir, həmçinin Dağlıq Qarabağ məsələlərində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yaxın strateji tərəfdaşlığımızın təzahürüdür. Mövcud mükəmməl qardaşlıq əlaqələrini daha da dərinləşdirmək və gücləndirmək üçün gələcək illərdə də Zati-alinizlə əməkdaşlığı davam etdirməyi arzulayıram.

Yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı sülh, inkişaf və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>