BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı | SON XƏBƏR | SON XƏBƏR

BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiya barədə məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib: "Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər - aksiyanın təşkilatçısı barəsində toplanan materiallar isə rayon məhkəməsinə göndərilib".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>