“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib | SON XƏBƏR | SON XƏBƏR

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

ilham_aliyev_main_photo_200320_1 (2)

 

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Trend-in məlumatına görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

12.2.3-cü maddədən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılır.16-cı maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
16.1. Pasportların və vizaların verilməsinə görə:
16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları
16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə 10 ABŞ dolları
16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə 4 manat
16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə 20 ABŞ dolları
16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə 350 ABŞ dolları
16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 60 ABŞ dolları
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 60 ABŞ dolları
16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə:
16.3.1. nikahın qeydə alınmasına görə 10 ABŞ dolları
16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə 40 ABŞ dolları
16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahınpozulmasının qeydə alınmasına görə 5 ABŞ dolları
16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə 20 ABŞ dolları
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları
16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları
16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə 10 ABŞ dolları
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında 4 manat
16.4.1.2. ölkə xaricində 10 ABŞ dolları
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1. Azərbaycan Respublikasında 4 manat
16.5.2. xarici ölkədə 10 ABŞ dolları
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə 20 ABŞ dolları
16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə 20 ABŞ dolları
16.6.3. müqavilələrin təsdiqinə görə:
16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə 50 ABŞ dolları
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə 150 ABŞ dolları
16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə 30 ABŞ dolları
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə 10 ABŞ dolları
16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):
xarici dillərdən 10 ABŞ dolları
xarici dillərə 20 ABŞ dolları
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün) 20 ABŞ dolları
16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə 40 ABŞ dolları
16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə 50 ABŞ dolları
16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə 30 ABŞ dolları
16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə 100 ABŞ dolları
16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə 20 ABŞ dolları
16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün) 20 ABŞ dolları
16.6.13. pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün) 20 ABŞ dolları
16.6.14. icra qeydlərinin aparılmasına görə 10 ABŞ dolları
16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə 10 ABŞ dolları
16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə 10 ABŞ dolları
16.6.18. sübutların təmin edilməsinə görə 10 ABŞ dolları
16.7. Digər konsul əməliyyatlarına görə 10 ABŞ dolları

17.7-ci maddə aşağıdakı redaksiyada verilir:

“17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>