Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

aliyev_fond_hediyyeler_010620_01

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı Uşaq Evinin sakinlərinə, həmçinin Uşaq Psixonevroloji Mərkəzində müalicə alan və daimi yaşayan azyaşlılara hədiyyələr təqdim edilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun bayram hədiyyələri müxtəlif idman qurğuları, velosipedlər, skuterlər, sürüşkənlər, geyim dəstləri, zehni inkişaf oyunları və oyuncaqlardan ibarət olub.

Qeyd edək ki, Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərini daimi diqqət mərkəzində saxlayır. Fond yeni növ koronavirus (COVID 19) pandemiyası dövründə də himayəsində olan müəssisələri zəruri tibbi ləvazimatlar, qoruyucu vasitələrlə təmin edib.

Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO) - Gallery Thumbnail

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>