"10 yaşımdan məktəbə gedə bilmədim, iki qardaşıma baxırdım" - Röya | SON XƏBƏR | SON XƏBƏR

“10 yaşımdan məktəbə gedə bilmədim, iki qardaşıma baxırdım” – Röya

d55fde16392de77be8d40db26d7baa93

 

Xalq artisti Röya Ayxan “Tap-a- tap” layihəsinin qonağı olub. 

Sənətçi verilişdə məktəb illəri barədə verilən sualları cavablandırıb.

O, məktəbdə populyar şagird olduğunu bildirib:“Məktəbi 1998-ci ildə bitirmişəm. Bir onu bilirəm ki, çox populyar idim, “W- Trio”da yer almışdım. Məktəbə məşhur biri kimi attestat almağa getmişdim. Məktəbdə yarıya kimi rus, sonra Azərbaycan bölməsində təhsil almışam. Yaxşı oxumamışam. 10 yaşımdan etibarən davamlı olaraq məktəbə gedə bilməmişəm. Qardaşlarım dünyaya gəlib, iki bacı onlara baxmışıq.

Məktəb illərində yadımda qalan o olub ki, benzin qoxusunu çox sevirdim. Axıra qalıb döşəməni benzinlə silib təmizləmək istəyirdim.
Bundan əlavə, Xəyyam Nisanovla davalar edirdik, yuxarı sinfin uşaqları ilə dostluq etməyi sevirdim. Yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim. Onların üstündə həmişə Xəyyamla mübahisə edirdik”.

Könül,
Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>