16 şəhər və rayonda vətəndaşlar yaxın qohumun dəfnində iştirak üçün DİN-dən icazə almalıdır | SON XƏBƏR | SON XƏBƏR

16 şəhər və rayonda vətəndaşlar yaxın qohumun dəfnində iştirak üçün DİN-dən icazə almalıdır

DIN (1)

 

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində vətəndaşların yaxın qohumların dəfnində iştirakına icazə verilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə yuxarıda qeyd olunan ərazilərdə yaxın qohumunun dəfnində iştirak üçün vətəndaş Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>