Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)

ogurlug_040720_2

Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verən sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər. Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>