Alı Alıyev müəmmalı MMC-lərin sayını artırır | SON XƏBƏR | SON XƏBƏR

Alı Alıyev müəmmalı MMC-lərin sayını artırır

Alı Alıyev müəmmalı MMC-lərin sayını artırır

Füzuli rayon Kommunal Müəssisələri Kombinatının 01.07.2020-ci il tarixdə Horadiz şəhər Heydər parkı və qarşısındakı kiçik parkda abadlıq işlərinin, işıqlandırma sisteminin yaxşılaşdırılması işini həyata keçirmək məqsədi ilə elan etdiyi kotirovka sorğusunun qalibi “Khazar trade and Services” MMC olub.

MMC göstərilən işlərin həyata keçirilməsi üçün kombinatla 49498.5 manat məbləğində müqavilə bağlayıb.”Khazar trade and Services” MMC 02.07.2020-ci il tarixdə Füzuli rayon Mənzil İstismar İdarəsinin Horadiz şəhərində kommunal binaların gediş-gəliş yollarına qum,çınqıl,qravil qarışığının daşınması və yayılması işlərinin satınalmasının da qalibi olub və 21500 manat dəyərində sifariş alıb.

01.07.2020-ci il tarixdə Füzuli rayon Kommunal Müəssisələri Kombinatının keçirdiyi daha bir kotirovka sorğusunun, dəftərxana,təsərrüfat,maşın və mexanizmlərin təmiri işlərinin satın alınmasınının qalibi isə “ŞANS-77″ MMC olub və müəssisə ilə aralarında 35720 manat dəyərində müqavilə bağlanıb.”ŞANS-77” MMC 01.07.2020-ci il tarixdə Füzuli rayon Mənzil İstismar İdarəsi ilə Horadiz şəhəri 20 yanvar küçəsi abad məhəlləsi işinin satin alinmasının da həyata keçirilməsi üzrə 49600.19 manat dəyərində müqavilə bağlayıb.

İlk baxışdan bu tenderlərin keçirilməsində qeyri-adi heç nə görünməsə də,dərinliyinə varanda ortaya qeyri-adi çox məsələlər çıxır.Belə ki,Alı Alıyevin başçısı olduğu Füzuli rayon İcra Hakimiyyəti son iki ay ərzində keçirdiyi bütün tender prosedurlarında ciddi qanun pozuntularına yol verib.Abadlıq,təmir-tikinti adı altında iki aylıq MMC-lərin hesabına köçürməklə dövlət vəsaitlərini talamaq görəsən bu qədərmi asandır? Rayon İcra Hakimiyyətinin may ayında keçirdiyi tenderləri 4 iki aylıq MMC-nin qalib gəlməsindən sonra, yenidən barəsində heç bir məlumat olmayan MMC ilə başqa müqavilə bağlamağa görəsən Alı Alıyevi nə sövq edir? Bu müəmmalı MMC-lərin sayını artırmaqda Alı Alıyevın məqsədi,təbii ki,qazancını çoxaltmaqdır.Bəs dövlətin qanunları,bəs gözü çıxan qardaşlardan alınan dərs?

Aktualinfo.org apardığl araşdırmalara görə Füzuli rayon Kommunal Müəssisələri Kombinatının və rayon Mənzil İstismar İdarəsinin qalib elan etdiyi və ümumi dəyəri 71 min manat olan satınalmaların qalibi “Khazar trade and Services” MMC-nin barəsində heç bir məlumat yoxdu.Satınalmaların vahid portalında qalib olan podratçı təşkilat kimi MMC-nin iki VÖEN-in qeyd olunub ki, 7500120611 və 7500120591 barəsində də heç bir məlumat yoxdur. Müəssisələrin müqavilə bağladığı ikinci şirkət,”ŞANS-77″ MMC-nin barəsində isə ötən yazımızda ətraflı məlumat vermişdik.

Ötən yazımızda Füzuli rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş tenderlərdə yol verilən qanun pozuntularına ətraflı toxunmuşduq.Bu mövzuya bir daha qayıtmaqda məqsədimiz rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin yol verilmiş olduğu bu kimi qanun pozuntularına biganə yanaşmasına aydınlıq gətirməkdir.Biz rayon rəhbəri kimi Alı Alıyevdən soruşuruq. Bir ayın içində,eyni ünvanda yaradılmış 4 MMC ilə satınalma müqavilələri bağlamaq hansı zərurətdən yaranıb? Üstəlik bu MMC-lər tender prosedurlarından cəmi iki ay əvvəl yaradılıbsa?

Aktualinfo.org olaraq Alı Alıyevin dövlət vəsaitlərinin bu cür asanlıqla mənimsənilməsinə yol verdiyinə görə ötən məqalədə göstərdiyimiz bəzi qaranlıq nüansları bir daha oxucuların diqqətinə çatdırırıq. Qeyd edək ki, rayon İcra Hakimiyyətinin Füzuli rayonu,Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun təmiri işləri üzrə elan etdiyi 199326.89 manat dəyərində dövlət satınalmasının qalibi 21.05.2020-ci il tarixdə”ÇİNAR-N” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “ÇİNAR-N” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hümbətov Məmməd Hüseyn Məmməd Hüseyn oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 131 olduğu göstərilir.

Elə həmin tarixdə Füzuli rayonu, Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri işləri üzrə 199221.82 dövlət satınalmasının qalibi “XƏMSƏ-M.X” Məhdud Məsuliyyətli Cəmiyyəti olub

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “XƏMSƏ-M.X” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 13.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 131 olduğu göstərilir.

Rayon İcra Hakimiyyətinin sair xərclər üzrə 140143 manat dəyərində dövlət satınalmasının qalibi “AĞÇALA-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “AĞÇALA-LM” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Bayramov Emin Elşad oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 95 olduğu göstərilir.

Fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54850 manat dəəyərində satınalınmasının qalibi “ŞANS-77” Məhdud Məsuliyyətli Cəmiyyəti olub

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “ŞANS-77” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.12.2019-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Həşimli Nicat Miryəhya oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, BÖYÜK ŞOR (DAŞ KARXANA), ev 190 olduğu göstərilir.

Füzuli rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Füzuli rayonu Horadiz şəhərində abadlıq işlərinin görülməsi üzrə 19.05.2020-ci il tarixdə keçirilmiş tenderin qalibi isə “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 288032.52 manat dəyərində müqavilə bağlanıb. Burada”İLKİN-N” MMC barədə əlavə nə isə yazmağa ehtiyac duymuruq.Səlyan rayonundan olan və zonada Hacı Qurban kimi tanınan iş adamı Qurban Abbasova məxsus bu MMC son illər bölgədə çirkli pulların yuyulmasında əsas rol oynayan şirkətlərdən biri kimi ad çıxarıb.Daha çox Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişlərini həyata keçirən Hacı Qurbanla çox güman ki,Alı Alıyevin hələ Füzuli rayon Suvarma Sistemləri İdarəsinin müdiri olduğu dövrlərdən işbirlikləri olub.Qeyd edək ki,”İLKİN-N” MMC- Neftçala rayon İcra Hakimiyyətinin həbs olunmuş İcra başçısı İsmayıl Vəliyevlə də işbirliyi, rayon ərazisində keçirilmiş dövlət satınalmalarından sabiq başçıya “otkat” verməsi barədə də məlumatlar var.

Həmin tarixdə Füzuli Rayon Kommunal Müəssisələr Kombinatına 191000.51 manat dəyərində müxtəlif adda mal-materialın satın alınması qalibi “QƏDIMYURD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “QƏDIMYURD” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Sadıqov Natıq Yavər oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 95 göstərilmişdir

04.12.2019-cu il tarixdə Füzuli rayonunun Horadiz şəhərində bayraq meydanında təmir işlərinin 196000 manat dəyərində satın alınmasının qalibi “CAUCASUS TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “CAUCASUS TRADE” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 02.10.2019-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kərimov Həsrət Həmzə oğlu hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, ƏLƏT ŞTQ, KEÇİD 1596 (LÖKBATAN QƏS.), ev 2, m. 30 göstərilmişdir.

Burada diqqət çəkən məqam nədir? Füzuli rayon İcra Hakimiyyətinin qalib elan etdiyi MMC-lərin bir ünvanda,BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 95 və 131-də yerləşmələridir. Təbii ki,bu bir təsadüf deyil.Yasamal rayonu, ALATAVA 1 ünvanını rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə bağlayan bir tel mütləq vardır. Digər tərəfdən,tenderlərin qalibi olmuş,”ÇİNAR-N”,”XƏMSƏ-M.X”,”AĞÇALA-LM”,”QƏDIMYURD” MMC-lərin hamısının 2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmaları da,burada heç nəyin təsadüfən olmadığını göstərir. Yəni hər şeyın tender prosedurları keçirilənə qədər planlaşdırıldığı açıq aydın göstərir.

Gundemxeber.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>