Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO) | SON XƏBƏR | SON XƏBƏR

Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? – TƏFƏRRÜATLAR (VİDEO)

meham_huseynov_110720_1

 

Bloqer Mehman Hüseynov və onun böyük qardaşı, İsveçrəyə qaçaraq orada sığınacaq almış Emin Hüseynovun geniş, təfsilatlı təqdimata ehtiyacı yoxdur. Mehman Hüseynov indi ağır xəstədir, İsveçrədə xərçəng şişindən müalicə olunur. Qardaşı isə ondan sırf öz məqsədləri üçün istifadə edir, siyasi adlandırdığı maliyyə dividendləri toplamağa çalışır və bütün bunlardan Azərbaycana qarşı qarayaxma, böhtan və şər kampaniyalarını təşkil etmək üçün "fayda"lanır.

Trend-in məlumatına görə, bu barədə "Milli.az" xəbər portalı araşdırma aparıb.

Araşdırmaya görə, qardaşlar özlərini "həqiqət carçıları, mətin mübariz"lər kimi təqdim edirlər və sosial şəbəkələrdə virus marketinqi tipli təşviqatla məşğuldurlar.

Azərbaycanı daim qara boyalarda, qanunların heçə sayıldığı ölkə kimi göstərən qardaşların israrla, inadla dandıqları, etiraf etmək istəmədikləri bir məqam var.

Həmin məqamdan bəhs etmək bizim üçün çətindir, çünki söhbət anadan, özüü də mərhum xanımdan gedir. Amma qardaşların özləri belə çətinliyi əsla hiss etmirlər. Tam əksinə, Emin Hüseynov sürəkli olaraq vurğulayır ki, xəstəxanada vəfat etmiş anasını sən demə, "hakimiyyət öldürüb".

Bu marazmatik, gerçəkliklə heç bir əlaqəsi olmayan isterik yalanı siyasi kapital yığımı vasitəsinə çevirən Emin Hüseynov ağı qara, qaranı da ağ görə bilər, görür də.

Gerçək isə danılmazdır, təkdir və dəyişmir.

Hüseynov qardaşlarının Azərbaycan dövlətinə olan qüsurlu münasibətləri təki...

Bir müraciətin izi ilə...

Xatırladaq ki, bu yaxınlarda 1news.az saytının redaksiyasına sensasion müraciət daxil olmuşdu. Müraciət kifayət qədər ciddi olduğundan onu təkrar yayımlamadan əvvəl məlumatların etibarlılığını yoxladıq və informasiyanın həqiqiliyinə əmin olduqdan sonra onu çap etmək qərarına gəldik.

Müraciətdə vurğulanırdı ki, özlərini "demokratiya və azərbaycanlıların hüquqları" uğrunda fəal mübarizə aparan qardaşlar Emin və Mehman Hüseynovların mərhum anası, qızlıq soyadı Bədirzadə olan Firəngiz İbrahim qızı Hüseynova sən demə, milli mənsubiyyət baxımından erməni olub.

Belə ki, İbrahim Bədirzadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə Krım tatarı) qızları Firəngiz Bədirzadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə Yevgeniya Qriqoryevna Ovanesova adını daşıdığını aşkarlanıb.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına Qriqoryevna sonradan əlavə edilib).

İddiaya görə, həqiqətən Yevgeniya Ovanesova İbrahim Bədirzadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub.

1967-ci ildə 20 yaşı olarkən Yevgeniya Kustanay şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi adını Firəngiz olaraq dəyişdirib.

Qonşular danışdılar və dedilər ki...

İddiaları araşdırmaq qərarına gəldik. Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin bir neçə sakinə üz tutduq. Onlar Emin və Mehman Hüseynovları tanıdıqlarını vurğuladılar. Nə də olsa, qonşudular. Qonşu isə qonşunun yaşamının çox mətləblərinə agahdır: binayi-qədimdən belə olub, indi də belədir.

Məlum oldu ki, həmin qonşular Hüseynov qardaşlarının sirr kimi saxladıqları məqamı, yəni mərhum Firəngiz Bədirzadənin milliyətcə ermənii olduğunu bilirlər.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini Həsənova Minayə Haqverdi qızı... O, Mehman və Emin Hüseynov qardaşlarını yaxşı tanıdığını deyir. Minayə müəllim məktəbdə direktor müavinidir, rus dilini tədris edir. O, Mehman Hüseynova dərs deyib.

"Qonşuluqda yaxın münasibətimiz olmasa da, ailəni tanıyıram. Biz Vüqar Quliyev küçəsində yaşayırıq, onların evi Fərman Kərimzadə küçəsindədir. O mərhum qadın təvazökar, sakit insandı. Mehman özü məni tanıyır. Müəllimi olmuşam, məktəbdə dərs demişəm, gözümüzüün qabağında böyüyüb", - Minaye müəllim deyib.

Qaraçuxur qəsəbəsinin digər sakini, Alı Cavad oğlu İbrahimov üçün də Hüseynov qardaşlarının mərhum analarının milli mənsubiyyəti sirr deyilmiş.

"Mehbalıyev, Kərimzadə küçəsinin sakinlərini bütünlüklə tanıyıram. Mehman Hüseynovu da yaxşı tanıyıram. Orada bir dostum var, əslən Gürcüstandan olan İsmayıl. Onun yanına gedib-gələndə görürdüm Mehmanı. Nə bilim, bir az xarab adamdı, deyiləsi adam deyil vallah. Anası erməni.. Heç özü bilmir hansı mənsəbə qulluq edir. Onların ailəsini yaxşı tanıyıram. Mehmanın anası erməni idi, vəfat etdi. Əvvəl böyük qardaş Emin qaçıb getdi xaricə, indi də Mehman ölkədən gedib. Nə bilim, müalicəyə getdiyini deyirmiş camaata", - A.İbrahimov söyləyib.

... Sadədir hər şey: insanların bildiklərini kütlə hesab etdikləri cəmiyyətə olmayan, olmamış və heç olması da mümkünsüz məsələ kimi təqdim edən qardaşlar əcəba, hansı məntiqlə belə davranıblar?

Anasının milliyyətini danan vətənpərvər ola bilərmi?

Göründüyü kimi, çox ilgiinc vəziyyət alınır - "Azərbaycanda demokratiya uğrunda ən qətiyyətli mübarizlər" kimi özlərini tanıtdırmağa çalışan qardaşların, iki şəxsin mərhum anaları sən demə, erməni imiş.

Kimsənin hansısa millətə mənsub olması nə üstünlük, nə qəbahətdir: bu məqam heç bir halda nə fəxarət, nə utanc üçün səbəb sayıla bilməz.

Qəbahət insanın onu dünyaya gətirən qadının, ananın milli mənsubiyyətini illərlə gizlətməsi və danmasıdır. İllah da ki, bu insan - konkret halda iki insan, yəni Hüseynov qardaşları - özlərini "demokratiya mücahidləri" sayırlar.

Mehman Hüseynov, doğrudur, bu ifadəni işlətmir, "sadəcə, bloqer" olduğunu israrla vurğulayır. Lakin tələffüzündə, yazısında, davranışında ifrat primitivizm çalarlarından qurtula bilməyən bu gənc də "xalqın sevimlisi" toqasına iddialıdır.

Halbuki onların Azərbaycanın mənafeləri və xalqın maraqları uğrunda necə "mübariz" olmalarının özü mübahisəli məsələdir.

ATƏT-in Demokratiya və İnsan Haqları bürosunun Varşavada təşkil etdiyi tədbirlərdən birində Emin Hüseynovun çıxışını unutmamışıq. Xatırladaq ki, həmin çıxışında o, demişdi: "Dağlıq Qarabağdakı savaş zamanı azərbaycanlılar erməni jurnalistləri qətlə yetirmişdilər".

Belə əsassız böhtana, mənəviyyatdan çox uzaq açıqlamaya göz yummaq olmaz.

Elə o toplantıda E.Hüseynov vəcdə gələrək daha sonra söyləmişdi: "Azərbaycanlılar ermənilərlə sülh şəraitində, əmin-amanlıqda yaşamaq istəyir, amma hakimiyyət dairələri buna imkan vermirlər".

Belə "çılğın, odlu-alovlu çıxıqş"dan sonra tədbirə qatılmış Ermənistan nümayəndə heyətinin üzvləri, xüsusilə də Ermənistanın Polşadakı səfiri Edqar Vardanyan bir zamanlar vətəndaşı olduğu dövlətin və hələ də mənsub olduğu millətin ünvanına hədyanlar söyləyən E.Hüseynovu ayaqda alqışlamışdılar.

Emin Hüseynovun qardaşı, xərçəng xəstəsi olan və özünü az qala "millətin özüyeriyən vicdanı" sayan Mehman Hüseynov bloqer fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olması kimi taleyüklü məsələlərə nə qədər diqqət ayırıb?! "Təsadüf"ə bax ki, Mehman Hüseynov bu məsələlərdən nə Azərbaycanda, daxili auditoriyaya hesablanmış çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında bəhs etmir, nə də xaricdə qatıldığı tədbirlərdə erməni işğalından danışmır.

Danışıbsa belə, o kəlmələr Mehman Hüseynovun demaqogik "ifşaçı" spiçlərinin kölgəsində mikroskopik təsir bağışlayır.

Bu arada radikal müxalifətdə siyasi eksponata çevrilən, özünü müxalifətin həmin lümpen düşərgəsinin lideri sayan AXCP sədri və bloqer Əli Kərimlinin bloqer Mehman Hüseynov və İsveçrəyə sığınmış Emin Hüseynovla bağlı açıqlamaları absurd təsir bağışlayır.

O, Hüseynov qardaşlarının anası Yevgeniya Ovanesovanın dəfn mərasimində "bu xanım Azərbaycanın iki əsl vətənpərvərini dünyaya gətirərək tərbiyə edib, boya-başa çatdırıb" söyləyəndə nə qədər səmimi olmasının fərqində idimi?

Ümumiyyətlə, Hüseynov qardaşları anaları ilə bağlı deyilənlərə reaksiya veriblərmi?

Az öncə vurğuladığımız kimi, Mehman və Emin Hüseynov qardaşlarının analarının, mərhum xanımın milli mənsubiyyəti problem deyil. Pis odur ki, insan həyatı boyu anasının milli mənsubiyyətini sirr kimi saxlayır, bu barədə danışmır, danışmaq istəmir və faktlar ortaya çıxanda da isteriyaya qapılaraq "yalandır, belə deyil" tipli söz yığınını emal edir, ortaya nə səbatlı kontr-arqument, nə təkzib qoya bilmir.

Anasının millətini danan çox asanlıqla ümumiyyətlə, milləti, dövləti və xalqı danar, çünki bəhs etdiyimiz məqamlar belələri üçün sırf merkantil maraqların, şəxsi mənafelərin təminatı üçün vasitədir, vəssəlam.

Mənəviyyat ayna misalıdır, bir çat yarandımı - çiliklənəsidir.

Anaya münasibət istənilən insanın, cəmiyyət fərdinin, ölkə vətəndaşının mənəvi-etik dəyərlər toplusunun göstəricisi, onun sosial davranışının triqeridir. Vətənə də ana deyirik, çünki ana misalı əzizdir, anaların anasıdır yurdumuz.

Anasının milli mənsubiyyətinir gizlədən, bunu mübhəm saxlamağa çalışan insanın ana dediyimiz Vətənə, bu torpaqlarda yaşayan insanlara münasibəti də çətin proqnozlaşdırılan məsələ deyil.

Öz məqsədləri və dolaşıq mənafeləri üçün anası ilə bağlı belə davranış sərgiləyəndən Vətənə qarşı nə desəniz, gözləmək olar.

Mənəviyyat məsələsidir bu: naqisliyin üstün olduğu kəs üçün xəyanət adi işdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>