Azərbaycanın 16 şəhər və rayonunda bəzi iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırılıb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın 16 şəhər və rayonunda bəzi iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırılıb

nazirler_kabineti_283855

 

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək bəzi iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin ərazilərdə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilib:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

- muzey və sərgi zallarının fəaliyyəti;

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>