Bakı üzrə iyul ayının pensiyaları ödənildi | SON XƏBƏR | SON XƏBƏR

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

Bakı üzrə iyul ayının pensiyaları ödənildi

 

İyul ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Artıq Bakı şəhəri üzrə bu ayın pensiyaları ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.

Ayın 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənilməsi nəzərdə tutulub.

İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin olunacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>