Britaniya atəşkəs rejiminin pozulmasına son qoymağa çağırdı | SON XƏBƏR | SON XƏBƏR

Britaniya atəşkəs rejiminin pozulmasına son qoymağa çağırdı

c21ef037-8f62-3eee-8fef-b67910df515e

 

Böyük Britaniya Xarici İşlər Nazirlyi Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa çağırır.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yazılıb.

Xarici İşlər Nazirliyi atəşkəs rejiminin pozulmasından narahatlığını bildirib:

“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir.

Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırırıq.

Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk.

Davam edən zorakılıq regional sabitliyə və rifaha təhdid olmaqla tərəflər arasında rəsmi danışıqların yenidən başlamasının nə qədər əhəmiyyətli olmasını göstərir."


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>