DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı (YENİLƏNİB) | SON XƏBƏR | SON XƏBƏR

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı (YENİLƏNİB)

arrest_301213

 

Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfattı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektprun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxıanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb. Saxlanılan şəxslərin əksəriyyatı ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictinaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.

XXX

13:38

DİN Kənd Təsərüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Trend-in məlumatına görə, əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaların mənimsənilməsilə bağlı özel sektorda vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Məlumatlara görə, 15-dən çox rayonda fermerlərə ayrılan subsidiyalar mənimsənilib.

Əməliyyat barədə ictimaiyyətə geniş məlumatın veriləcəyi bildirlir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>