Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb | SON XƏBƏR | SON XƏBƏR

Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb

london_coronavirus_090520

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 175 mindən çox artıb.

Sonxəbər.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 3-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 175 723 nəfər yeni koronavirusa yoluxub, 5 032 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 710 005, ölənlərin isə 517 877 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 445 710 yoluxma və 255 702 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 737 869, ölənlərin sayı isə 198 945 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 115 561 yoluxma və 26 028 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>