"Fairmont"da karantini pozanlardan biri jurnalistləri təhqir etdi — VİDEO | SON XƏBƏR | SON XƏBƏR

“Fairmont”da karantini pozanlardan biri jurnalistləri təhqir etdi — VİDEO

1075963066836369158187657535663211004207284n

 

Bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən biri jurnalistləri təhqir edib.
Demokrat.az-ın xəbərinə görə, ad və soyadı məlum olmayan şəxs "İnstagram" hesabında yaydığı videoda həqarətlə çıxış edib.
"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", deyə o bildirib.
Qeyd edək ki, bu gün "Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirib. Karantini pozan şəxslərin kimliyi müəyyənləşdirilir. ("Report")


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>