Gürcüstan baş nazirinin müşaviri: “Gürcüstanla Ermənistana 300 hərbi avtomobilin daşınması məlumatları yalandır” | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstan baş nazirinin müşaviri: “Gürcüstanla Ermənistana 300 hərbi avtomobilin daşınması məlumatları yalandır”

f33cf663-f434-339f-a405-92f0fbf336e2_300x187

“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur və bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də ondan ibarətdir ki, Qafqazda sülhə alternativ yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, Rusiyanın 300 hərbi maşınının Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsi barədə məlumatlar həqiqəti əks etdirmir:

“Bu cür təhrif olunan informasiyaları bəzi siyasi partiyalar təbliğat məqsədilə təqdim edirlər”.

Müşavir bildirib ki, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələr üçün açıq və aydındır:

“Təəssüflər olsun, bu, konkret KİV tərəfindən təhrif olunmuş informasiyanı yaymaqla bağlı ilk hal deyil”.

Qeyd edək ki, ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.

Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>