Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri | SON XƏBƏR | SON XƏBƏR

Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək – Şöbə müdiri

Dializ xəstələrinin sərt karantin şəraitində xəstəxanaya çatdırılmasında problem olmayıb.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sərt karantin günlərində ictimai nəqliyyat işləməsə də, Bakı Nəqliyyat Agentliyi bunun üçün xüsusi nəqliyyat vasitəsi ayırıb: "Bu həftə sonu sərt karantin elan olunan ərazilərdə dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək. Bu sahədə hansısa problem yaranacağı gözlənilmir. Bu məsələ diqqətdə saxlanılır".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>