Heyvanlar üçün koronavirus peyvəndi hazırlanır | SON XƏBƏR | SON XƏBƏR

Heyvanlar üçün koronavirus peyvəndi hazırlanır

862760

 

Rusiyanın Baytarlıq və Bitki Sağlamlığı Nəzarəti Xidməti (Rosselhoznadzor) ilə Federal Heyvan Sağlamlığı Mərkəzinin mütəxəssisləri heyvanlar üçün COVID-19 peyvəndi üzərində işə başlayıb.

Bu barədə "Rosselhoznadzor" portalı məlumat yayıb.

Mərkəzin Elmi Araşdırmalar Bölməsinin sədr müavini İlya Çvala dərmanın öncəliklə infeksiyaya həssas heyvanların sənaye şəraitində yetişdirildiyi fermalara verilməsinin planlaşdırıldığını bildirib. Bu kateqoriyaya pişik və bizonlar daxildir.

Baytarlıq üzrə mütəxəssis Nikita Lebedyev isə heyvanların qələbəlik müəssisələrdə saxlanmasının kütləvi infeksiya riskini artırdığını qeyd edib. O bizonlarda koronavirusun intraspesifik əlaqəsinin mümkün olduğunu, yəni xəstə bizonun digərlərini yoluxdura biləcəyini vurğulayıb.

Qeyd edək ki, yaxın keçmişdə paytaxt Moskvada ev pişiyində COVID-19 tapılmışdı. (publika.az)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>