İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)

edalet_kerimov_040720_01

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>