İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb - RƏSMİ (ƏLAVƏ OLUNUB) | SON XƏBƏR | SON XƏBƏR

İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb – RƏSMİ (ƏLAVƏ OLUNUB)

ee5cf63a99c61928909b91aa8a7b12ad

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>