Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanılır (VİDEO)
Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.
Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Trend-in məlumatına görə, polis həmin oteldə karantin qaydaları pozulmasına görə, vətəndaşları saxlayıb.
Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.