Mehman və Emin Hüseynov qardaşları ilə bağlı sensasion fakt aşkarlandı — ŞOK SƏNƏDLƏR | SON XƏBƏR | SON XƏBƏR

Mehman və Emin Hüseynov qardaşları ilə bağlı sensasion fakt aşkarlandı — ŞOK SƏNƏDLƏR

eminmehman

 

Hazırda xaricdə yaşayan tanınmış bloggerlər – Mehman və Emin Hüseynov qardaşlarıyla bağlı sensasion fakt aşkarlanıb.

“1news.az” saytı bloggerlərin 2018-ci ilin 06 avqustunda dünyasını dəyişmiş mərhum anaları Firəngiz Hüseynovanın sənədlərinin dəyişdirilərək, milliyyətinin gizlədildiyi haqda iddia irəli sürüb və bu barədə əldə etdikləri sənədlərin surətini yayıb.
Sənədlərdən aydın olur ki, Hüseynov qardaşlarının anası Firəngiz İbrahim qızı Hüseynovanın qızlıq soyadı Bədir-zadə olub və o, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina (milliyətcə krım tatarı) tərəfindən övladlığa götürülüb.
Arxiv sənədlərinin yoxlanılması zamanı aydınlaşıb ki, Hüseynov qardaşlarının anası əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıyıb.
Belə ki, doğum haqqında şəhadətnamədə erməni “Arfeniya Sergeyevna Ovanesova” onun anası olaraq göstərilib.
Daha dəqiq ifadə etsək, Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb və keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək, Bədir-zadə ilə əvəzlənib.
1967-ci ildə – 20 yaşı olanda Yevgeniya, Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində, qeyd edildiyi kimi, adını “Firəngiz” olaraq dəyişdirib.
Qey edək ki, Hüseynov qardaşları indiyədək hakimiyyətdə çoxlarını ermənimənşəlilikdə ittiham etsələr də, öz analarının mənşəcə erməni olduğu və sənədlərinin dəyişdirildiyi barədə cəmiyyətə heç nə deməyiblər. Üstəlik, məsələnin daha bir maraqlı tərəfi odur ki, Emin və Mehman Hüseynovların bir başqa qardaşları da uzun illər Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub.
Sənədlərin surətini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>