Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində sonuncu “Açıq qapı” günü keçirilib (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində sonuncu “Açıq qapı” günü keçirilib (FOTO)

mdu_160720_1

2020-ci ilin 16 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti və sonuncu “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və əməkdaşları iştirak ediblər.

MDU-dan  bildirilib ki, tədbiri açan MDU-nun rektoru Şahin Bayramov MDU ailəsinin bütün üzvlərini 2019/2020-ci tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edib və tədris ili ərzində MDU-nun müasirləşdirilməsi istiqamətində görülən işlərdə fəal iştiraka görə təşəkkürünü bildirib.

Son günlər mənfur qonşularımız tərəfindən törədilən təxribatlardan bəhs edən rektor bütün hallarda düşmənə layiqi cavab verildiyini diqqətə çatdırıb. Tələbə gəncləri sosial şəbəkələrdə yayılan məlumatlara həssaslıqla yanaşmağa çağıran rektor onları yalnız rəsmi mənbələrə istinad etməyə səsləyib.

COVID-19 infeksiyası ilə mübarizənin davam etdiyini vurğulayan rektor karantin dövrünün tələblərinə riayət etməyin vacibliyini bildirib və bu sahədə maarifləndirmə işində MDU əməkdaşlarının da yaxından iştirak etdiyini deyib.

2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulu çərçivəsində görülən işlərdən, hazırlanan təbliğat materiallarından danışan rektor tələbə, magistrant və məzunları MDU-nun təbliğində fəal iştiraka dəvət edib.

Daha sonra tələbə və magistrantların çoxsaylı müraciətləri dinlənilib, onların sualları cavablandırıb və səsləndirilən təkliflərlə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulan “Açıq qapı” günləri 4 iyun, 11 iyun, 18 iyun, 25 iyun, 2 iyul və 9 iyul tarixlərində keçirilib.

Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində sonuncu “Açıq qapı” günü keçirilib (FOTO) - Gallery Thumbnail

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>