Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO) | SON XƏBƏR | SON XƏBƏR

Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)

nizami_rayon_park_100720

Nizami rayonu, Məhəmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçərlərinin kəsişməsində yerləşən parkda tikilən qanunsuz obyekt sökülüb.

Trend-in məlumatına görə, qanunsuz obyekt barəsində Azərbaycan Dövlət Televeziyasında (AzTv) reportaj yayımlanıb.

Parkın bir hissəsinin zəbt olunaraq tikilən obyekt ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Ərazidə yaşayan sakinlər bu tikililə bağlı öz narazılıqlarını bildirib.

Qeyd edək ki, sözü gedən ərazidə yerləşən park son illərdə paytaxtın bir çox ərazisində gerçəkləşdirilən "Bizim həyət" layihəsi çərçivəsində salınıb. Daha sonra parkın ərazisində qanunsuz şəkildə bir hissə zəbt olunaraq, obyekt inşa olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>