Qarabağ qazisi Rəhman Əlizadə Fazil Talıbova cavab verdi... | SON XƏBƏR | SON XƏBƏR

Qarabağ qazisi Rəhman Əlizadə Fazil Talıbova cavab verdi…

IMG-20200709-WA0011
ƏƏSMN-nin sözçüsü F.Talıbovun onlara ünvanlanmayan müraciətimə qeyri-adevkat olaraq bildirdiyi cavabına münasibətimi bildirmək istəyirəm.
F.Talıbov, siz İlk öncə haqq ədalətdən danışanda özünüzdə buna əməl etməlisiz. Siz, isti kabinetdə kreslonuzda əyləşib Bakının gözəlliyini seyr edəndə, mən hərbi andıma uyğun olaraq döyüş bölgəsində Vətənimizə xidmət etmişəm. Sizin də Vətənə xidmətinizin harda olması mənə də çox maraqlıdır. Bu bir kənara.
Qeyd olunan müraciətimi tam oxumadan fikir bildirmək nə dərəcədə doğrudur ? Bəli siz o müraciəti tam oxumamısınız. Əgər oxusaydınız görərdiz ki, o müraciət sizə ünvanlanmayıb. Öz uğurlu tapşırıqları ilə son zamanlar xalqın rəğbətini qazanmış DTX-nın rəisi çox hörmətli Əli Nağıyev Cənablarına ünvanlanan bir müraciətə onun yerinə sizin fikir bildirməyiniz qeyri peşəkarlıqdı.
Həmçinin də müraciəti tam oxusaydız bilərdiz ki, sözü gedən müraciətdə mən sizdən mənzil ilə təmin olunmamağımı iddia etməmişəm. Müraciətimdə Cənab Əli müəllim Nağıyevdən xahiş etmişəm ki, sizin əməkdaşınız olan dsmf-nin şöbə müdiri V.Behbudov, Hörmətli Mehriban  xanım Əliyevanın verdiyi tapşırığına biganə yanaşmasının səbəbinin araşdırılmasına  və hörmətli Mehriban xanım Əliyevanın mənim mənzil məsələmin həlli istiqamətində verdiyi tapşırığın icra olunmasında mənə köməklik göstərsin.
P.S.Qarabağ qazisi Rəhman Əlizadənin xəbər portalımıza ünvanladığı yazını dərc etməklə qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Sonxəbər.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>