Qusar icra başısı və YAP sədrindən iqtidara qarşı TƏXRİBAT - Prezidentə müraciət | SON XƏBƏR | SON XƏBƏR

Qusar icra başısı və YAP sədrindən iqtidara qarşı TƏXRİBAT – Prezidentə müraciət

"Qusar RİHB-sı Şair Alxasov  mənim YAP üzvlüyünə qəbul edilməsinə maneçilik törədərək, YAP-ın Qusar təşkilatının sədri David İbramxəlilova  qanunsuz olaraq tapşırıq verməklə, mənim YAP üzvlüyünə qəbul edilməmə maneçilik törədirlər. İcra başçısı və YAP sədrinin belə qanunsuz hərəkətləri iqtidar qarşı təxribatdır."

Qusar şəhər sakini Ağamirzəyev Hacımirə Ağamirzə oğlu belə bir iddia ilə Preziden İlham Əliyevə müraciət ünvanlayıb.

Kainat.tv həmin müraciəti olduğu kimi oxuculara təqdim edir :

.

                                                        Azerbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri

İlham Əliyev
cənablarına
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
Ə R İ Z Ə

Hörmətli İlham Əliyev cənabları!
04 Fevral 2020-ci il tarixdə Yeni Azərbaycan partiyasının Qusar İ.Ə.N - in ilk partiya təşkilatına YAP üzvlüyünə qəbul edilməsi xahişi ilə rəsmi ərizə ilə müraciət etmişəm. Əfsuslar olsun ki, naməlum səbəblərdən 5 ay ərzində müxtəlif əsaslar göstərilməklə, "YAP üzvlüyünə qəbul edilməsi prosidurunun 2-3 ay çəkməsi, yaşlı insanların partiya üzvlüyünə qəbul edilməsi məqsədəuyğun sayılmadığı, hal-hazırda partiya üzvlüyünə qəbulun dayandırıldığı "  kimi biri birindən fərqli açıqlamalar verilməklə, YAP üzvlüyünə qəbul edilməsi barədə Qusar İ.Ə.N-nə yazdığım ərizə YAP Qusar təşkilatının sədri David İbrahimxəlilov cənabları tərəfindən 01.07.2020-ci il tarixdə mənə geri qaytarılıb.

Hörmətli YAP sədri İlham Əliyev cənabları .

Yeni Azərbaycan Partiyası Qusar təşkilatının  sədri David İbrahimxəlilov cənabları  tərəfimdən ilk partiya təşkilatına yazdığım ərizə heç bir tutarlı əsas-səbəb olmadan mənə geri qaytarıldığı üçün çox məyus oldum. İddia etdim ki, Qusar RİHB-sı Şair Alxasov cənabları yenə də, Yeni Azərbaycan Partiyasının Qusar  partiya təşkilatının sədri David İbrahimxəlilov cənablarına əsassıt tapşırıq verərək, mənim YAP üzvlüyünə qəbul edilməsinə maneçilik törədib.

Mən, YAP-nın üzvü olmasam da, indiyədək, hal-hazırda da, YAP-nın siyasətini hər an bəyənərək, daima dəstəkləyən, Azərbaycan Respublikasının Hörmətli prezdenti İlham Əliyev cənablarının iqtisadi, siyası islahatlarını bəyənərək təbliğ edən ictimai dəstək grupunun fəal üzvlərindən biriyəm.

1992-1993-cü illərdə,  qanunvericilik tələblərini pozmadan, fərdi evin tikintisi üçün Qusar rayonun Samur qəsəbəsi ərazisində mənə ayrılmış 0,10 ha torpaq sahədə,  külli miqdarda vəsait xərcləməklə 5 otaqlı yaşayış evi, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina tikmişdim.
02.06.2010-cu il tarixdə həmin yaşayış evim, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb olmadan, Qusar RİHB-sı Şair Alxasov cənablarının şifahi tapşırığı əsasında, Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzov, İH-in sabiq əməkdaşları Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayevin rəhbərliyi il ekskavatorla sökülərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaradılmaqla cinayət tərkibli hərəkət edilmişdir. Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, vəzifə səlahiyyətlərini aşmaqla, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verərək, süni ittihamlar toplamaqla, məni əsassız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirərək, cinayət işi başlayaraq yekunlaşdırmaqla, həmin qanunsuz cinayət işinin materiallarını Qusar rayon məhkəməsinə göndərmişdir.3 il ərzində Qusar rayon məhkəməsində yüzlərlə lüzumsuz məhkəmə baxışları aparıldıqdan sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə, cinayət hadisəsi olmaması əsası ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrin müvafiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, təhqiqat, ibtidai istintaq, prokurorluq , məhkəmə organlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyə əsasən, mənə əsassız olaraq vurulmuş madd-mənəvi zərərə görə, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə mənə 1700 manat vəsait təzminat şəklində ödənilmişdir.

Yuxarıda qeyd etdiklərimə əsaslanaraq iddia edirəm ki, Qusar RİHB-sı Şair Alxasov cənabları mənim YAP üzvlüyünə qəbul edilməsinə maneçilik törətməklə, Yeni Azərbaycan Partiyası Qusar partiya təşkilatının sədri David İbrahimxəlilov cənablarına əsassız şifahi tapşırıq verməklə, tərəfimdən 04.02.2020-ci il tarixdəYAP Qusar ilk partiya təşkilatına yazdığım ərizmi 01.07.2020-ci il tarixdə, 5 ay keçdikdən sonra əsassız olaraq mənə qaytarmışdır.

Hörmətli YAP-nın sədri İlham Əliyev cənabları!

Sizdən xahiş edirəm ki, müraciətimin araşdırılmasına sərəncam verilməklə, ərizəmin geri qaytarılmasına əsasların olub-olmamasını müəyyən edilməsi üçün aidiyyatı üzrə tapşırıq verəsiniz.!

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>