Sənətçilərdən Leyla Əliyevaya doğum günü təbriki | SON XƏBƏR | SON XƏBƏR

Sənətçilərdən Leyla Əliyevaya doğum günü təbriki

47d6c45ca5237cfa3973594405ead120

 

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 35 yaşını qeyd edir. Bu münasibətlə tanınmış sənətçilər "İnstagram" səhifələrində paylaşımlar edib, Leyla Əliyevaya xoş təbriklərini çatdırıblar.

Sonxəbər.info Musavat.com-a istinadən  onlardan bir neçəsini təqdim edir.

Tanınmış tele-aparıcı Hacı Nuran Hüseynov qeyd edib: "Elə insanlar var ki, alnına hələ gənc yaşlarından məsuliyyət hissi, el-oba qayğısı çəkmək yazılır. Bu şəxs qadın olanda yük birə-beş artır. Hələ uşaq yaşlarından böyüdüyü ailədə babasından, atasından, anasından xalqa, vətənə, torpağa məhəbbət, sevgi görən bir insandır. O, böyüdükcə bu sevgi onun da ruhunda, qəlbində kök saldı, iliklərinə işlədi. O da valideynləri kimi hamıya əl tutmaq, yardım etmək istəyir".

Xəstəlik məni 10 kiloqram arıqlatdı" - Ağciyər xərçəngindən ...

Daha sonra tele-aparıcı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı yeni yaşı münasibəti ilə təbrik edib, ona uğurlar diləyib.

Elza Seyidcahandan yeni qalmaqallı şeir

Əməkdar artist Elza Seyidcahan isə Leyla Əliyevanın sözlərinə yazdığı "Kor adamlar" mahnısının video-çarxını paylaşıb.

Ədalət Şükürov: Açığı deyim, bir az utandım... - VİDEO

Müğənni Ədalət Şükürov isə Leyla Əliyeva ilə birgə olan fotosunu paylaşaraq, qeyd edib: "Səmimi və gözəl insan, Leyla xanım! Ad gününüz mübarək olsun".

Xəyyam Nisanov: “Ginnesin Rekordlar Kitabına düşmək ən böyük arzumdur”

Müğənni Xəyyam Nisanov qeyd edib: "Böyük ürəyə sahib olan və daim insanlara öz köməyini əsirgəməyən əziz Leyla xanım! Ad gününüz mübarək!".

20200703_085700.jpg (536 KB)

Xalq artisti Emin Ağalarov da öz "İnstagram" səhifəsində Leyla Əliyevanı təbrik edib: “Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”.

Xatırladaq ki, Leyla Əliyeva 3 iyul, 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta, İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Politologiya fakültəsinin “Dünya siyasəti” ixtisası üzrə magistr pilləsini bitirib.
Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Baku" jurnalının təsisçisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub. 2008-ci il mayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib. Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Leyla Əliyevanın Əli və Mikayıl adlı əkiz oğlu, övladlığa götürdüyü Əminə adlı qızı var.
Xalidə Gəray,
Musavat.com

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>