Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır | SON XƏBƏR | SON XƏBƏR

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

document_241219_1

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.

Təhsil Nazirliyindən Sonxəbər.info-ya verilən məlumata görə, prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.

Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixlərinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>