Tovuz bu səhər - salamatlıq, sakitlikdir, insanlar öz iş-gücündədir - VİDEOREPORTAJ | SON XƏBƏR | SON XƏBƏR

Tovuz bu səhər – salamatlıq, sakitlikdir, insanlar öz iş-gücündədir – VİDEOREPORTAJ

4beff74ab94618588805c62e2c67ef12

 

Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyətin son dərəcə gərginləşməsi ilə əlaqədar olaraq Tovuz rayonuna ezam olunmuş reportyorlarımız - İlkin Muradov və Məhəmməd Türkmən xəbər verirlər ki, hazırda Tovuz rayonunda sakitlikdir, camaat öz ev-eşiyində, işində-gücündədir, atışma yoxdur.

Reportyorlarımız bildirirlər ki, ötən gecə sosial şəbəkələrdə yayılan dezinformasiyaların heç bir əsası yoxdur, heç bir hərbi və mülki obyektimiz vurulmayıb, tələfat və dağıntı qeydə alınmayıb, söz-söhbətlər isə təxribat xarakteri daşıyır.

Xatırladaq ki, iyulun 12-dən etibarən Ermənistanın hərbi birləşmələri Tovuz rayonunun kəndlərini, Azərbaycan ordusunun istehkamlarını intensiv artilleriya atəşinə tutur.

Aşağıda müxbrilərimizin videoreportajını izləyə bilərsiniz.

 

Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>