ÜST: Dünyada koronavirusa yoluxanların sayı 203 mindən çox artıb | SON XƏBƏR | SON XƏBƏR

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 203 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 203 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 203 mindən çox artıb.

Sonxəbər.info Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 203 836 nəfər yeni koronavirusa yoluxub, 5 195 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 11 125 245, ölənlərin isə 528 204 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 697 954 yoluxma və 262 538 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 774 221, ölənlərin sayı isə 199 879 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 153 157 yoluxma və 27 074 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>