Beyləqanda narazlıq VAR! Bir qrup əmək kollevtivi Prezidentə MÜRACİƏT etdi | SON XƏBƏR | SON XƏBƏR

Beyləqanda narazlıq VAR! Bir qrup əmək kollevtivi Prezidentə MÜRACİƏT etdi

ilham-iclas2

 

Beyləqan rayon Yaşıllaşdırma İdarəsində işləyən bir qrup şəxs ölkə başçısı cənab İlham Əliyev başda olmaqla, Beyləqan rayon icra hakimiyyəti başçısına, DTX-nə və Azərbaycan Respublikasının Baş prokurorluğuna  da müraciət ünvanlayıb.

RealMedia.az olaraq həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab Preizdent!

Biz adları aşağıda qeyd olunan şəxslər Beyləqan rayon Yaşıllaşdırma İdarəsində fəhlə işləyirik. Məşğulluğumuz küçə süpürmək, təmizləmək, yaşıllıqları sulamaqdan ibarətdir. Aldığımız məvacib də cəmi 240 (iki yüz qırx) manatdır. Səhərdən axşamadək bir tikə çörək qazanmaq üçün günün altında işləyirik. Yenə də şükür edirik. Heç vaxt narazılığımızı dilə gətirməmişik. “Buna da bərəkət” deyib, başımızı aşağı salıb işimizlə məşğul olmuşuq. Amma artıq bu gün idarədə olduqca təhlükəli bir vəziyyət yaranıb. İki aydır ki, idarəyə müdir təyin olunan Nizami Vəliyev canımızı boğazımıza yığıb. Kollektivi elə bir vəziyyətə çatdırıb ki, artıq heç kim əsəblərinə hakim dura bilmir. Sizi inandırırıq ki, bir az da belə davam edərsə, arzuolunmaz hadisələr baş verə bilər. Ya o bizi vurub öldürəcək, ya da bizlərdən biri səbrinə hakim çıxmayıb onu.

Nizami Vəliyev idarəyə müdir təyin olunduğu gündən üç gün sonra kollektivə qarşı qeyri-insani münasibət göstərir, bəzi işçilərə məcburi qaydada işdən çıxmaları üçün ərizə yazdırır. Ərizələrini alan tarixdə də onları əmr verib işdən azad edir. Hər gün də vaxtlı-vaxtında işə çıxmağımıza baxmayaraq, Nizami Vəliyev bizim günlük əmək haqqımızı (iş günlərimizi) kəsib. Ümumiyyətlə, bu adamın davranışlarında qeyri-normallıq aşkar müşahidə olunur. Adətən, bu cür davranışlı insanlarda sonradan psixi pozuntuların əlamətləri müəyyən olunur.

Beyləqan rayonunda Nizami Vəliyevi tanıyanlar deyirlər ki, o, davranış pozuntuları diaqnozu ilə həkim qeydiyyatındadır. O, etdiyi hərəkətlərə cavabdehlik daşımır. Məhz buna görə də o, hərbi xidmətə aparılmayıb və “yararsızlıq bileti” alıb. Bu üzdən də Nizami Vəliyev kollektiv arasında qeyri-ixtiyari özünü buraxır. Davranışlarının və etdiyi hərəkətlərin fərqində deyil. Bu isə olduqca təhlükəli bir sitiuasiyadır. Belə çıxır ki, Nizami Vəliyev etdiyi hərəkətlərə cavabdehlik daşımırsa, deməli, sabah da törətdiyi hər hansı bir əmələ görə məsuliyyət daşımayacaq. Artıq Nizami Vəliyevlə birgə işləmək olduqca qorxulu, qorxulu olduğu qədər də təhlükəlidir.

Biz bir qrup adları aşağıda qeyd olunan fəhlələr bildiririk ki, 08 avqust 2020-ci il tarixində də Nizami Vəliyev idarənin mühasibi Asəf İbrahimovun otağına girərək səbəbsiz yerə onun iş masasını, komputerini dağıtmışdır. Yaranmış vəziyyətdən stress keçirən Asəf İbrahimovun səhhətində problemlər yaranmış və təcili tibbi yardım şöbəsinin işçiləri idarəyə gələrək, onu birtəhər vəziyyətdən çıxara bilmişlər.

Bunu da yazmaqda məqsədimiz odur ki, bu cür sitiuasiya hər birimizi gözləyir. Hər birimiz Nizami Vəliyevin davranış pozuntularının qurbanına çevirilə bilərik. Ona görə də nə qədər ki gec deyil, tədbir görməyinizi, bizi Nizami Vəliyev kimi təhlükəli “müdir”in əlindən xilas etməyinizi Sizdən xahiş edirik. Əks halda heç birimiz sabah hansısa xoşagəlməz hadisənin baş verməyəcəyinə əmin deylik. Əmək kollektivi arasında psixoloji atmosfer olduqca gərgindir.”

İmza edənlər:

  1. Quliyeva Sahibə Xosrov qızı
  2. Balakiyiyev Fazil Əvəz oğlu
  3. Qurbanova Cəmilə Fehruz qızı
  4. Behbudov Qardaşğan Nəsib oğlu
  5. Rəhimov Nəciməddin Ədil oğlu
  6. Qarayev Elçin Zəfər oğlu
  7. Dərgahov Vahid Şamxal oğlu
  8. Teymurov Yalçın Teymur oğlu
  9. İbrahimov Asəf Həmid oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>