Beyrutda baş verən güclü partlayış nəticəsində 67 nəfər ölüb (VİDEO) (ƏLAVƏ OLUNUB 4) | SON XƏBƏR | SON XƏBƏR

Beyrutda baş verən güclü partlayış nəticəsində 67 nəfər ölüb (VİDEO) (ƏLAVƏ OLUNUB 4)

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 67 nəfər həlak olub, azı 3,6 min nəfər isə xəsarət alıb.

Trend-in TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

XXX

23:50

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 50 nəfər həlak olub, təxminən 2,7 min nəfər isə xəsarət alıb.

Trend-in TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

Onun sözlərinə görə, ölənlər arasında azı 7 tibb işçisi var, onlarla tibb işçisi isə xəsarət alıb. Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti bildirir ki, insanların xilas edilməsində təxminən 75 təcili yardım maşını iştirak edir.

XXX

23:25

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində təxminən 40 nəfər həlak olub, 2,5 min nəfər isə xəsarət alıb.

Trend-in TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

Onun sözlərinə görə, ölənlər arasında 7 tibb işçisi var, daha onlarla tibb işçisi xəsarət alıb.

Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.

XXX

22:56

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb, 2,5 mindən artıq insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

XXX

20:48

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Trend-in məlumatına görə, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.

"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.

20:48


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>