Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB) | SON XƏBƏR | SON XƏBƏR

Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)

Beyrutda etirazçılar Livanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etirazçılar həmçinin Ətraf Mühit Nazirliyinin binasına daxil olmağa çalışırlar, parlametin qarşısında isə yanğın başlayıb.

Xatırladaq ki, daha əvvəl etirazçılar Xarici İşlər Nazirliyinin binasını öz qərargahları elan etmişdilər.

XXX

20:40

Livanın paytaxtı Beyrutda etirazçılar Xarici İşlər Nazirliyinin binasına daxil olublar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etirazçılar Xarici İşlər Nazirliyinin binasını öz qərargahları elan ediblər.

Bildirilir ki, hazırda binanın qarşısında polis əməkdaşları var və onlar etirazçılarla danışıqlar aparırlar.

"Sky News Arabia"nın məlumatına əsasən, etirazçılar Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına da daxil olmağa çalışırlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>