FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb | SON XƏBƏR | SON XƏBƏR

FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən  bildiriblər ki, hadisə nəticəsində zavodun ümumi sahəsi 1200 kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıq, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>